...

AZƏRBAYCANIN AUDİTORLAR PALATASININ RƏHBƏRİ LİTVADA SƏFƏRDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 17:26 (UTC +04:00)

Azərbaycanın Auditorlar Palatasının rəhbəri Vahid Novruzov Litvada səfərdədir. Palatadan Trend ə verilən məlumata görə, səfərin əsas məqsədi Avropa Birliyi ölkələrində auditin inkişafı məsələsinə dair beynəlxalq konfransda iştirak etməkdən ibarətdir.

Konfrans oktyabrın 6-dan 7-nə kimi Vilnüsdə keçiriləcək. V.Novruzov Azərbaycanda auditor fəaliyyətinin indiki vəziyyəti, həmçinin, onun əsas istiqamətlərinə dair nitqlə çıxış edəcək.

Səfər çərçivəsində V.Novruzovun Litvanın Auditorlar Palatasının prezidenti Gennadi Makuşevlə görüşü planlaşdırılıb. Görüş zamanı Litvanın auditor orqanı ilə imzalanmış sazişlərlə əlaqədar işlərin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi, həmçinin, hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycan və Litva AP arasında Əməkdaşlığa dair niyyət protokolu iyulun 20-də Bakıda Azərbaycanın AP rəhbəri V.Novruzov və Litvanın AP prezidenti Gennadi Makuşev tərəfindən imzalanıb. Belə sənədlər cari ilin aprel ayında Türkiyə, avqust ayında isə Qazaxıstanla imzalanıb.

Xəbər lenti

Xəbər lenti