...

BAKIDA "ÖZƏLLƏŞDİRMƏ VƏ ONUN KAPİTAL BAZARLARININ İNKİŞAFINA TƏSİRİ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 11:30 (UTC +04:00)

Oktyabrın 11-də Bakıda "Özəlləşdirmə və onun kapital bazarlarının inkişafına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, konfrans BFB və Avrasiya fond birjaları federasiyası tərəfindən təşkil olunacaq.

Konfrans BFB-nin 5 illiyinə həsr olunub və məqsəd investorların Azərbaycanda kapital bazarları və onların imkanları və özəlləşdirmə sahəsində beynəlxalq təcrübə ilə tanışlıq, region üçün ümumi problemlərin öyrənilməsidir.

Konfransda Azərbaycanın hökmət və AFBF rəhbərliyi nümayənədələrinin, regionun aparıcı birjalarının, maliyyə strukturlarının, investisiya şirkətlərinin, konsaltinq mrkəzlərinin, həmçinin, Dünya bankının iqtisadçılarının iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 26 ölkədən 28 birjanın təmsil olunduğu AFBF 1995-ci il mayın 16-da İstambulda təsis olunub. Azərbaycan bu strukturda BFB və Bakı banklararası valyuta birjasını təmsil edir.

Xəbər lenti

Xəbər lenti