...

ABBAS ABBASOV: MDB-NİN İQTİSADİ ŞURASI YANINDA KOMİSSİYANIN İCLASINDA 31 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2005 13:34 (UTC +04:00)

MDB-nin İqtisadi Şurasının iqtisadi məsələlər üzrə Komissiyasının növbəti iclası oktyabrında 12-si keçirilib. Oktyabrın 8-də Nazirlər Kabinetinin sədrinin müavinin Abbas Abbasov ekskluziv olaraq Trend ə bildirib ki, iclasda 31 məsələnin müzakirə olunması planlaşdırılır.

"İclasın gedişində iqtisadi sahədə bir sıra problemləri, eləcə də MDB-nin büdcə məsələlərini müzakirə etmək nəzərdə tutulub. Bundan əlavə, struktur və humanitar məsələlərin də müzakirə olunacağı gözlənilir ", - deyə A.Abbasov məlumat verib.

Azərbaycan bu iclasda Abbas Abbasovun başçılıq edəcəyi nümayəndə heyəti ilə təmsil olunacaq.

MDB-nin İqtisadi Şurası barədə Əsasnaməyə görə, Şuranın yanında daimi əsasda iqtisadi məsələlr üzrə Komissiya fəaliyyət göstərir. Komissiya Birliyin üzvü olan ölkələrin səlahiyyətli nümayəndələrindən, eləcə də İcraiyyə Komitələrinin sədrlərinin müavinlərindən təşkil olunur.

Komissiya MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirir və hərtərəfli işlənməsini təmin edir.

Xəbər lenti

Xəbər lenti