...

AZƏRBAYCAN ONA MƏXSUS GƏMİLƏRİN RUSİYANIN DAXİLİ SULARINDA HƏRƏKƏTİ İLƏ BAĞLI MƏSƏLƏNİN RF HÖKUMƏTİ TƏRƏFİNDƏN BAXILMASI BARƏDƏ XƏBƏRDAR EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2005 14:00 (UTC +04:00)

"Rusiya Azərbaycana məxsus 5 gəminin Rusiyanın daxili sularından keçməsi ilə bağlı məsələnin RF hökuməti tərəfindən müzakirə olunğunu bildirib". Bu barədə Trend ə baş nazirin birinci müavini Abbas Abbasov bildirib.

"Hazırda bu məsələyə RF hökuməti tərəfindən baxılır. RF-nin nəqliyyat nazirinin bizə göndərdiyi məktubda yaxın günlərdə məsələnin öz müsbət həllini tapmalı olduğu bildirilir", - deyə A.Abbasov qeyd edib.

Onun sözlərinə görə, gəmilərin Rusiyanın daxili sularında keçməsi üçün icazənin nə zaman veriləcəyi hələ məlum deyil və bu, Rusiya hökumətinin qərarından asılıdır.

A.Abbasov, həmçinin, onu da vurğulayıb ki, həmin məsələnin MDB çərçivəsində müzakirəsi planlaşdırılmır, belə ki, bu, Rusiya və Azərbaycanın ikitərəfli əlaqələrinə aid bir işdir.

Xəbər lenti

Xəbər lenti