...

QARS-AXALKALAKİ-TBİLİSİ-BAKI LAYİHƏSİNƏ DAİR SON QƏRAR 2006-CI İLİN ƏVVƏLİNDƏ QƏBUL OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 12:14 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryorlunun inşası layihəsi çərçivəsində son qərar qəbul etmək üçün 2006-cı ilin əvvəlində Türkiyədə görüşəcəklər. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat nazirliyindən xəbər verilib.

Layihənin Türkiyənin Yuksel domonik şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırılması cari ilin sonuna kimi başa çatacaq. Bu, işin dəqiq həcmini və layihənin həyata keçirilməsi üçün lazımi vəsaitləri müəyyən etməyə imkan verəcək. Görüşdə hansı mənbələrin hesabına maliyyələşmənin həyata keçiriləcəyi məsələsinə aydınlıq gətiriləcək.

Maliyyə vəsaiti beynəlxalq maliyyə təşkilatları tərəfindən ayrıla bilər. Lakin müəyyən gecikdirmələr olsa, o zaman Türkiyə, Azərbaycan və Gürcüstan layihəni öz vəsaitləri hesabına maliyyələşdirə bilər. Layihənin dəyəri $360-400 mln dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti