...

T.RƏSULOV: YAXIN VAXTLARDA NAZİRLƏR KABİNETİNİN 10 "AQROLİZİNQ" BAZASININ TƏSİS OLUNMASI BARƏDƏ SƏRƏNCAM İMZALAYAĞI GÖZLƏNİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 13:51 (UTC +04:00)

Bu günlərdə Nazirlər Kabinetinin "Aqrolizinq" Səhmdar Cəmiyyətləri bazalarının yaradılması barədə sərəncamın imzalayacağı gözlənilir. "Aqrolizinq"in rəhbəri Tarıyel Rəsulovun Trend ə verdiyi məlumata görə, sərəncamda bütün respublika ərazisində 10 SC-nin bazasının açılması barədə sərəncam öz əksini tapacaq.

"Hazırda Gəncə, Əli-Bayramlı, Yevlax və Bakıda 4 baza mövcuddur ki, onlar öz faktiki olaraq fəaliyyətlərinə sərəncamın imzalanmasından sonra başlayacaqlar. Daha altı baza da cari ildə fəaliyyətə başlayacaq. Onların fəaliyyətə başlaması və fəaliyyət göstərəcəkləri yerlərin müəyyən olunması üçün bütün işlər aparılır ", - deyə T.Rəsulov bildirib.

SC-in rəhbərinin sözlərinə görə, bazalar texnikanın satışı ilə yanaşı, eləcə də "Aqrotexservis" xidmətləri göstərəcək və digər funksiyaları yerinə yetirəcəklər.

Xəbər lenti

Xəbər lenti