...

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI ÜZRƏ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 17:54 (UTC +04:00)

Tərəvəzçilik sazəsində dünya təcrübəsini öyrənmək məqsədilə Azərbaycanın mütəxəssisləri Tayvanda beynəlxalq seminarda iştirak edəcəklər. Kənd təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, Tərəvəzçilik İnstitutunun nümayəndələrinin iştirak edəcəkləri tədbir perspektivli tərəvəz növlərinin sınaqdan keçirilməsinə həsr olunub.

Seminarın təşkilatçıları Ümumdünya Tərəvəzçilik Mərkəzidir və Azərbaycan burada ilk dəfə çıxış edir.

Bununla yanaşı, bu günlərdə adı çəkilən institutun mütəxəssisi Daşkənddə Quraqlıq Ərazilərdə kənd təsərrüfatı tədqiqatlarının Beynəlxalq Mərkəzi ICARDA (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən təşkil olunan beynəlxalq tədris kursunda iştirak edib. Hər iki halda Azərbaycanın iştirakı tədbirlərin təşkilatçıları tərəfindən maliyyələşdirilib.

Xəbər lenti

Xəbər lenti