...

AİB VƏ AYİB SAHİMBKARLIĞA DƏSTƏK MİLLİ FONDUNUN KOMİSSİYASINDA İŞTİRAKI MƏSƏLƏSİNƏ BAXACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 18:28 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) və Avropa yenidənqurma və İnkişaf Bankına (AYİB) Sahibkarlığa Dəstək Milli Fondu (SDMF) üçün agentləri seçən və kreditlərin ayrılmasını dəstəkləyən komissiyanın işində iştirak etmək təklif olunub. SDMF-nin rəhbəri Qədir Hüseynovun Trend ə verdiyi məlumata görə, hazırda bu iki beynəlxalq maliyyə institutu bu məsələni Direktorlar Şurası ilə razılaşdırır.

"Bu iki struktura komissiyada iştirak etməyi təklif etməklə biz komissiyaya sahibkarlığın maliyyələşməsi üzrə layihələri reallaşdıran zəruri institutların komissiyada iştiraka cəlb olunmasına əsaslanmışıq ", - deyə Q.Hüseynov bildirib.

SDMF iş qaydalarında olunan dəyişikliklərlə əlaqədar komissiyanın tərkibinə beynəlxalq maliyyə institutlarının (BMİ) nümayəndələri daxil olmalıdırlar. Ümumilikdə, komissiya 9 nəfərdən - İqtisadi İnkişaf Nazirliyinin 3, Azərbaycan Milli Bankının 2, Maliyyə Nazirliyinin 2, BMİ-dan 2 nümayəndə daxil olmalıdır.

Xəbər lenti

Xəbər lenti