...

"TURANALƏM" BANKI "AZƏRDƏMİRYOLBANK"A KREDİT AYIRMAĞI PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 11:10 (UTC +04:00)

Qazaxıstanın "TuranAləm" bankı (TAB) Azərbaycanın "Azərdəmiryolbank"ına kredit xətti ayırmağı planlaşdırır. TAB-ın Bakı nümayəndəliyinin rəhbəri Aidə Sultanovanın Trend ə bildirdiyinə görə, "Azərdəmiryolbank"ın Qazaxıstan bankına təqdim etdiyi müvafiq sənədlərin müzakirəsi iki həftə çəkəcək.

"Maliyyə vəsaitinin həcmi hələ müəyyən olunmasa da, o, Azərdəmiryolbankın tələbatına uyğun olaraq ayrılacaq. Birinci kreditin məbləği $500 min təşkil edəcək. Biz bankın və onun təqdim etdiyi sənədlərin vəziyyətindən asılı olaraq $300 mindən $500 minə qədər vəsait ayırmağa hazırıq", - deyə A.Sultanova qeyd edib.

Hazırda TuranAləm "Azəriqazbank", "UniBank", "Texnikabank" və Respublika bankı ilə belə əməkdaşlıq həyata keçirir.

Xəbər lenti

Xəbər lenti