...

BAKI DAİRƏVİ YOLUNUN LAYİHƏSİ DEMƏK OLAR Kİ, İKİ DƏFƏ BAHALAŞIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 20:32 (UTC +04:00)

Bakı dairəvi yolunun layihəsi demək olar ki, iki dəfə bahalaşıb. Trend bildirir ki, bu barədə AR nəqliyyat nazirinin müavini Musa Pənahov bəyan edib.

Onun sözlərinə görə, nəqliyyat nazirliyi layihənin dəyərini müəyyən edib və layihə indi $50 mln.çox həcmdə qiymətləndirilir.Bundan öncə, onun gerçəkləşdirilməsinə $28,5 mln.tələb olunacağı nəzərdə tutulurdu.Layihənin bahalaşması avtomobil yolunun dizaynınındəyişməsi ilə bağlıdır.Nəticədə yolun uzunluğu 5 km artırılıb və hazırda 26 km.təşkil edir.

Azərbaycan tərəfi artıq layihənin maliyələşdirilməsinə dair müvafiq kredit sazişləri imzalayıb: Kuveyt fondu $14,6 mln, Əbu-Zabi Fondu - $10 mln.ayıracaq.Vəsaitin qalan hissəsini Azərbaycan hökuməti təmin edəcək.Adıçəkilən fondlar kreditləri 32 il müddətinə 2,5% ilə verir.

M.Pənahovun sözlərinə görə, Azərbaycan çatışmayan vəsaitin bir hissəsini xüsusi ehtiyatlar hesabına ödəməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti