...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ NAZİRLİYİ 4,5 MİN NƏFƏRİ İŞLƏ TƏMİN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 13:08 (UTC +04:00)

2005-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 4804 nəfər işlə təmin olunub. Nazirliyin Baş Məşğulluq idarəsindən Trend ə verilən məlumata görə, bu, ölkənin regionlarında əmək yarmarkalarının keçirilməsi nəticəsində mümkün olub.

İdarədə, həmçinin, o da bildirilib ki, yarmarkalarda 1748 müəssisə və 19 min nəfər iştirak edib. Müəssisələrdə 16916 iş yeri təqdim edilib.

Bu dövr ərzində 370 nəfər hazırlıq kurslarına, 559 nəfər isə ödənilən ictimai işlərə cəlb olunub.

"Bütövlükdə, 1997-ci ildən 2005-ci ilə kimi 44 min nəfər işlə təmin olunub", - deyə dövlət strukturunda bildirilib.

Xəbər lenti

Xəbər lenti