...

BİLƏCƏRİ BUXAR-YUYUCU STANSİYASININ MÜASİRLƏŞDİRİLMƏSİ BAŞA ÇATDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 16:44 (UTC +04:00)

Biləcəri buxar-yuyucu stansyiasının müasirləşdirilməsi başa çatdırılıb.Bu barədə Trend ə AR nəqliyyat nazirliyində bildirilib.Layihə AYİB-nin "TransQafqaz dəmir yollarının yenidən qurulması" kredit proqarmları çərçivsəində həyata keçirilir.Layihənin dəyəri $20,2 mln. təşkil edir.

Stansiyanın istismara verilməsi oktyabrın sonuna planlaşdırılıb.Stansiyanın yenidən qurulması sutkada 250 çənin daxili yuyulmasını həyata keçirməyə imkan verir.Həmçinin stansiyada sutkada 24 çənin daxili yuyulması üçün sex də nəzərdə tutulub.Yeni stansiya təmizləmə və sutkada 1000 m3 sudan təkrar istifadə imkanlarına malik olacaq.

Yeni stansiyanın quraşdırılması ilə ölkənin nəqliyyat nazirliyinin Yolnəqliyyatservis Departamentinin dəmir yolu sektorunun əməkdaşları məşğul olur.Layihənin podratçısı İtaliyanın Codest şirkətidir.Azərbaycan Dövlət dəmir yolu idarəsi və Codest arasında imzalanmış müqavilənin məbləği 5,1 mln. avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti