...

BANK STANDARD-IN AKTİVLƏRİ 0,5 TRİLYON MANAT I KEÇİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 17:25 (UTC +04:00)

2005-ci ilin 9 ayı ərzində Bank Standard 18 milyard manat məbləğində gəlir əldə edib. Bankın İdarə Heyətinin sədri Salim Krimanın Trend ə verdiyi məlumata görə, bu gün Bank Standardın xüsusi kapitalı 85 milyard manatdır.

"Bizim kapitallaşmanı artırmaq planımız var. Lakin qərar səhmdarlardan asılı olacaq ", - deyə S.Kriman bildirib.

Onun sözlərinə görə, Bank Standard-ın aktivləri 85 milyard manatlıq artımda 510 milyard manata çatıb. "Aktivlərin strukturunda kredit portfeli 220 milyard manat təşkil edir", - deyə S.Kriman qeyd edib.

Onun sözlərinə görə, bankda depozitlərin köklü artımı baş verməyib, bu göstərici 180 milyard manat səviyyəsində saxlanılır.

Xəbər lenti

Xəbər lenti