...

OKTYABRIN 25-27-DƏ TBİLİSİDƏ AVRASİYA ÖLKƏLƏRİNİN TİCARƏT PALATALARININ KONFRANSI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 11:38 (UTC +04:00)

Oktyabrın 25-27-də Tbilisidə Avrasiya Ticarət Palatalarının konfransı keçiriləcək. Bu barədə Trend xəbər agentliyinə Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. Verilən məlumata görə, tədbirdə regionda fəaliyyət göstərən ticarət palatalarının və şirkətlərin 100-dək nümayəndəsi iştirak edəcək. Konfransda Avrasiya regionunda yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycanı tədbirdə təmsil edəcək fondun prezidenti E.Məcidov səfər müddətində Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi və Ticarət Palatasında bir sıra görüşlər keçirərək bu ilin sonuna kimi Tbilisidə Azərbaycan istehsalı olan malların daimi sərgisinin təşkil olunması ilə bağlı danışıqlar da aparacaq.

Xəbər lenti

Xəbər lenti