...

XALQ BANKIN AKTİVLƏRİ 52 MLRD MANATI KEÇİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 13:01 (UTC +04:00)

2005-ci ilin 9 ayının yekunlarına görə, Xalq Bankın aktivləri 52 248,62 mln manat təşkil edib. Bankdan Trend ə verilən məlumata görə, cari ilin birinci yarısının yekunlarına görə, bu göstərici 38 238,34 mln manata bərabər olub.

Aktivlərin strukturunda bankın kredit portfeli 37 543,6 mln manat, yarımilin yekunlarına görə isə 26 657,01 mln manat olub. Fiziki şəxslərə 7 131,65 mln manat (5 654,14 mln manat), hüquqi şəxslərə - 30 411,95 mln manat (21002,87 mln manat) məbləğində kredit ayrılıb.

Bankın öhdəlikləri 23577,13 mln manat (9 319,99 mln manat), onların strukturunda müddətli əmanətlər 17 815,91 mln manat (5959,5 mln manat), tələbli əmanətlər - 2 193,24 mln manat (2 419,09 mln manat), LORO hesablar 3 567,98 mln manat (941,9 mln manat), məcmu kapitalı 27 701,79 mln manat (28 276,61 mln manat) təşkil edib.

Hazırda bank bir sıra yeni məhsullar, xüsusilə, yeni depozit növləri və kart xidmətləri təqdim edir. Bankın baş ofisində birinci ATM quraşdırılıb və onun şəbəkəsininin genişləndirilməsi planlaşdırılır. Bu yaxınlarda MasterCard şirkətinin nümayəndələri ilə keçirilmiş görüş nəticəsində onun bu sistemin üzvlüyünə qəbul olunması barədə ilkin razılıq əldə olunub. İlin sonuna qədər Xalq bankın 3 filialının açılması planlaşdırılır. Onlardan biri Bakının mərkəzində yerləşəcək.

Xəbər lenti

Xəbər lenti