...

Bakı şəhərinin infrastruktur inkişafı üçün 130 min dollar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 12:33 (UTC +04:00)

"Bakı şəhərinin infrastruktur inkişafı üçün 2005-ci il dövlət büdcəsindən 572 milyard manat (130 min dollar) ayrılıb". Trend xəbər verir ki, bu barədə oktyabrın 14-də "Azərbaycanda şəhər inkişafının problemləri və yeni strategiya" mövzusunda keçirilən seminarda bildirilib.

İctimai İdarəetmə və Maliyyə Mərkəzinin (İİMM) təşkil etdiyi seminarda çıxış edən mərkəzin direktoru Fuad Cəfərli Bakı şəhəri üçün ayrılan 130 min dolların az olduğunun, inzibati və maliyyə əksmərkəzləşməsi islahatlarının çox zəif aparılmasının şəhərlərin məxsusi gəlirlərinin artmasına mane olduğunu bildirib.

F.Cəfərli İİMM-nin 4 ölkədən (Macarıstan, Gürcüstan, Türikyə və Azərbaycan) olan 9 ekspertinin analizləri nəticəsində Azərbaycanda şəhər idarəetməsinin vəziyyətinin idarəetmənin effektliyi baxımından digər ölkələrlə müqayisədə geridə qaldığını qeyd edib: "Bu, özünü xüsusilə şəhər yerli hakimiyyət orqanlarının səlahiyyət bölgüsündə göstərməkdədir".

F.Cəfərli onu da bildirib ki, böyük şəhərlərin strateji planının olmaması və maraqlı qrupların şəhər idarəetməsində iştirak etməməsi şəhərin üzləşdiyi problemlərin çözülmə effektini azaldır.

Xəbər lenti

Xəbər lenti