...

FAO Azərbaycan mütəxəssisləri üçün seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 17:17 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations FAO) azərbaycanlı mütəxəssislər üçün seminar keçirir. Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, "Dabaq və müxtəlif tipli sürətlə yayılan infeksion xəstəliklərin güclənməsi dövründə fövqəladə planın tətbiqi, reallaşdırılması və qiymətləndirilməsi mövcusunda seminar öz ihini oktyabrın 14-də Qubada başa vurub.

Seminarda FAO-nun əlaqələndiricisi Andrey Rostalnin, epizootiya sahəsində mütəxəssislər, eləcə də Beyləqan, Biləsuvar, İmişli, Quba, Qusar, Gəncə və Tovuz kimi 7 sərhədyanı rayonun baytarlıq xidmətlinin rəhbərləri iştirak edib.

Məlumatda həmçinin bildirilib ki, FAO-nun yardımı ilə cari ildə Azərbaycana adıçəkilən xəstəliklə mübarizə üçün 400 mindən vaksin dozası gətirilib.

Tədbirdə infeksion xəstəliklərə dair fövqəladə planın reallaşdırılması yolları, bu sahədə məqsəd və funksiyaların müəyyənləşdirilməsi, xəstəliyin qarşısının alınması, eləcə də onun epizootik vəziyyətə təsiri kimi məsələlərə toxunulub.

"Dövlət strukturundan bildirilib ki, FAO -nun maliyyə dəstəyi ilə bu tip seminar Azərbaycanda ilk dəfədir ki, keçirilir"- deyə Xidmətdən bildiriblər.

BMT-nin ilk ixtisaslaşmış müəssisəsi olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 1945-ci il oktyabrın 16-da yaradılıb. Hazırda təşkilatın 150-dən artıq üzvü var. Təşkilatın məqsədi kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, meşə və balıq sənayesinin texniki təminatıdır. FAO-nun mənzil-qərargahı Romada yerləşir.

Xəbər lenti

Xəbər lenti