...

AYİB Azərbaycanın iki özəl bankına $3,5 mln. həcmində kredit ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2005 12:04 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Azərbaycanın iki özəl bankına $3,5 mln. həcmində kredit ayırır.Bankın Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, kredit, xüsusilə yeni iş yerləri açmaq üçün kiçik və orta müəssisələrə imkan yaradacaq.

AYİB kiçik və orta müəssisələri maliyyələşdirmək üçün Azəriqazbank-a $1,5 mln., Respublika bankına isə $2 mln.həcmində kredit ayırır. 2004-cü ildə AYİB Azəriqazbank-a $2 mln., Respublika bankına isə $1 mln.həcmində kredit ayırmışdı. Bir neçə ay bundan əvvəl Avropa bankı ticarətin maliyyələşdirilməsi məqsədilə Azəriqazbank-a ayrılmış daha bir kreditin həcmini iki dəfə artıraraq $2 mln. Respublika bankı üçün isə eyni məqsədlə ayrılmış kreditin həcmini iki dəfə artıraraq $1 mln.-a çatdırıb.

AYİB-in Maliyyə institutları üzrə Biznes Qrupunun direktoru Kurt Geyger (Kurt Geyger) qeyd edib ki, kiçik və orta müəssisələr iqtisadi inkişafın əsasını təşkil edir və bank iqtisadiyyatın bu sektorunu gücləndirməyə çalışan yerli bankları dəstəkləməyə hazırdır.Azərbaycanın bank sektorunda güclü rəqabətin olmaması və sektorda ciddi kapital qıtlığı kimi məsələlər ölkənin iqtisadi inkişafında uzunmüddətli ciddi problemlərlə nəticələnə bilər.Bundan irəli gələrək AYİB rəqabətin gücləndirilməsi və sektorun likvidliyinin artırılması üçün ölkənin özəl bankları ilə fəal əməkdaşlıq edir.

AYİB Azərbaycanda artıq 574 mln. avrodan çox sərmayə yatırıb.

Xəbər lenti

Xəbər lenti