...

Əhalinin pul gəlirləri 26,7% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 11:36 (UTC +04:00)

"2005-ci ilin 9 ayı ərzində əhalinin pul gəlirləri nominal üzrə 26,9 trln manat təşkil edib". Hökumətdən Trend ə verilən məlumata görə, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 26,7% və ya 5,7 mlrd manat çoxdur.

Hesabat dövrü ərzində əhalinin adambaşına pul gəlirləri 25,4% artaraq 3,3 mlrd manat olub, bu isə hər ay 361,5 min manat təşkil edir.

Vergi və digər ödənişlər ödənilməklə pul gəlirləri 25,7 trln manata bərabərdir, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 26,7% çoxdur.

Cari ilin 9 ayı ərzində əhalinin xərclərinin 73,7%-i mal və xidmətlərin ödənilməsinə, 1,4%-i əmanətlərə, 20,4%-i xarici valyutanını alınmasına, 4,5%-i isə vergi və digər ödənişlərə sərf olunub.

Xəbər lenti

Xəbər lenti