...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində vakant vəzifələrə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 12:32 (UTC +04:00)

"Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində vakant vəzifələrə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib". Nazirlikdən Trend ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 296 namizəd ərizə verib.

Birinci seçmə mərhələ, yəni test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılıb. İmtahanın şərti iştirakçıların 3 saat ərzində 100 sualı cavablandırmalarından ibarət idi.

Test suallarının ən azı 80%-nə yaxşı cavab vermiş namizədlər ikinci mərhələyə buraxılıblar.

Qeyd edək ki, İİN dövlət qulluğunda inzibati vəzifələr üzrə boş yerlərə işçi qəbulu üzrə müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyən şəxslər AR prezidentinin "Müsabiqə əsasında dövlət qulluğuna qəbul qaydaları" haqqında 3 sentyabr 2001-ci il tarixli 566 saylı fərmanına uyğun olaraq tələb olunan sənədləri İİN yanında yaradılmış komissiyaya təqdim etməli idilər.

Xəbər lenti

Xəbər lenti