...

Azərbaycanın iş adamları Macarıstana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 12:58 (UTC +04:00)

Noyabrın 22-23-də Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Budapeştdə səfərdə olacaq. Bu barədə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun prezidenti Emil Məcidov Trend ə müsahibəsində bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dək iş adamı daxil olacaq. Səfər çərçivəsində Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək və hər 2 ölkənin iş adamlarının görüşü təşkil olunacaq. Biznes forumda Macarıstanla qonşu olan digər Avropa ölkələrindən də iş adamlarının iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bu səfər Azərbaycanın Macarıstandakı səfirliyi və Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun dəstəyilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti