...

Azərbaycanda əkin sahələrindən təxminən 937 min ton kartof yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 13:45 (UTC +04:00)

"Azərbaycanda 2005-ci il oktyabr ayının əvvəli üçün 63 328 ha sahədən kartof yığılıb". Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, kartof 70 679 ha sahədə əkilib.

Bu dövr ərzində 936 400 ton kartof yığılıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 37 300 ton çoxdur.

Nazirlikdən bildirildiyi kimi, kartof istehsalının artması bu il əkin sahələrinin 8,7% genişlənməsi ilə bağlıdır və sahələrdən 1 mln ton kartof yığılacaq.

Keçən il ölkədə kartof istehsalı 21% artaraq 930,1 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti