...

Dövlət strukturlarının proqnozları və Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, 2010-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 33 dəfə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 15:45 (UTC +04:00)

"2010-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri $42,5 milyarda çatacaq". Trend in xəbər verdiyi kimi, Azərbaycanın dövlət strukturlarının göstəriciləri və Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirmələri belədir.

Bu göstəricilərə əsasən, cari ilin sonunda DNF-nin aktivləri $1,3 mlrd təşkil edəcək. 2006-cı ildə onlar $0,9 mlrd artaraq $2,2 mlrda bərabər olacaq.

2007-ci ildə DNF-nin aktivləri $6,2 mlrd, 2008-ci ildə isə $16,6 mlrd təşkil edəcək.

2009-cu ildə aktivlərin həcmi $29,2 mlrd, 2010-cu ildə isə $42,5 mlrd olacaq.

Beləliklə, ekspert qymətləndirmələrinə görə, 2010-cu ildə proqnoz göstəricisi 2005-ci ilin proqnoz göstəricisindən 32,69 dəfə artıq olacaq.

Xəbər lenti

Xəbər lenti