...

ADDY idarəsinin nümayəndə heyəti Tallinə yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 16:38 (UTC +04:00)

Azərbaycan dövlət dəmir yolu (ADDY) idarəsi sədrinin birinci müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB və Baltikyanı ölkələrin dəmir yolu idarələri rəhbərlərinin 2006-cı ilin tarif siyasəti üzrə keçiriləcək iclasında iştirak etmək üçün Tallinə yola düşüb.ADDY idarəsində Trend ə bildirilib ki, iclas oktyabrın 18-20-nə planlaşdırılıb.

İclasda cari ilin ötən aylarının yekunları və ölkə ekspertlərinin 2006-cı ilin tarif siyasəti üzrə hazırladığı protokol müzakirə ediləcək.Oktyabrın əvvəllərində Azərbaycan MDB və Baltikyanı ölkələrin Tarif Şurasına bu protokol ilə bağlı öz rəyini göndərib.

Xəbər lenti

Xəbər lenti