İlin əvvəlindən Azərbaycanda 1974,7 min ton həcmində taxıl yığılıb. Dövlət Statistika Komitəsində Trend ə bildirilib ki, yığım 770,3 min hektar sahədə hər hektarın məhsuldarlığı 25,6 sentner təşkil etməklə həyata keçirilib.
Hazırda taxıl yığımı üzrə bütün işlər başa çatdırılıb.
2005-ci il ərzində taxıl və dənli bitkilər yığımı proqnozu 2 mln. 250 min ton təşkil edir.
Bundan başqa, hər il qarğıdalı istehsalı artırılır.Belə ki, bu dövr ərzində 30,5 hektar sahədən 143,3 min ton qarğıdalı yığılıb.2004-cü illə müqayisədə qarğıdalı istehsalının artımı 5,3% təşkil edib. Sonradan həmçinin 1,2 min hektar ümumi qarğıdalı sahəsindən yığım gözlənilir.
Bununla yanaşı, ilin əvvəlindən meyvə istehsalı 361,4 min ton və üzüm istehsalı 74,8 min ton təşkil edib.