...

Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazların emissiya prospektində dəyişikliklər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 11:10 (UTC +04:00)

"Maliyyə Naziri 2005-ci ildə yerləşdiriləcək Dövlət Qısamüddətli İstiqrazların emissiya prospektində dəyişikliklər edib". Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, 2005-ci ildə emissiya prospektinin həcmi 650 mlrd manata qədər artıb.

Bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış DQİ-nin emissiya prospektində ikinci dəyişiklikdir. İlk dəfə emissiya prospekti 400 mlrd manat məbləğində qeydiyyata alınıb, daha sonra bu göstərici 100 mlrd manat artaraq 500 mlrd manat təşkil edib. Hazırda artım 150 mlrd manat, məbləğ isə 650 milyarda bərabərdir.

QKDK-də qeyd edildiyi kimi, ilin əvvəlindən indiyiə kimi MN 217,299 mlrd manat məbləğində DQİ yerləşdirib.

Xəbər lenti

Xəbər lenti