...

Adaptasiya edilmiş kreditləşdirmə proqramının gerçəkləşdirilməsi müddəti yenidən uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 14:48 (UTC +04:00)

Azərbaycan hökuməti və Dünya bankı "Kreditləşdirmə və Azərbaycanın kənd təsərrüfatının inkişafı" adaptasiya edilmiş kreditləşdirmə proqramının(APK-1) gerçəkləşdirilməsi müddətinin yenidən uzadılmasına hazır olduğunu bildirib. Dünya bankının Bakı nümayəndəliyində Trend ə bildirilib ki, APK-1 proqramının gerçəkləşdirilməsi müddəti iki dəfə uzadılıb və indi başa çatdırılma tarixi 30 iyun 2006-cı il olaraq müəyyənləşdirilib.

"Proqramın uzadılması APK-nin birinci və ikinci fazaları arasındakı uyğunsuzluqdan kənarlaşma arzusu, təklif olunan istiqamətlərin və ikinci fazanın komponentlərinin testləşdirilməsi, layihənin əldə olunan vəsaitinin tamamilə mənimsənilməsi ilə bağlıdır. APK ikinci fazasının hazırlığına artıq başlanılıb.Proqramın ikinci mərhələsinin istiqamətləri kredit birlikləri şəbəkəsinin genişləndirilməsinin müəyyən edilməsi və Azərbaycan kredit birlikləri Assosiasiyası potensialının gücləndirilməsini nəzərdə tutur" -deyə hökumətdə qeyd olunub.

APK-1 bankın icraçı direktorları Şurası tərəfindən 8 iyun 1999-cu ildə 4 il müddətinə $33,65 mln. həcmində bankın maliyyələşdirməni 10 il ərzində $30 mln.-dan $100 mln.-dək artırmaq imkanı ilə bağlı qərar təsdiq olunub. APK-1 üzrə kredit sazişi oktyabrın 4-də imzalanıb, proqramın gerçəkləşdirilməsinə isə 1999-cu il dekabrın 21-dən başlanılıb.İlk dəfə olaraq APK-1 2005-ci il sentyabrın 30-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti