...

Dünya bankı su və qaz layihələrini maliyyələşdirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 17:06 (UTC +04:00)

Dünya bankı ölkəyə yardım Strategiyası(CAS) üzrə yeni proqram çərçivəsində bir sıra infrastrukturların maliyyələşdirilməsi imkanlarını istisna etmir.Dünya bankının Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, proqramın gerçəkləşdirilməsi çərçivəsində iki su layihəsinin gerçəkləşdirilməsi mümkündür. " CAS çərçivəsində regionlarda nəzərdə tutulmuş genişmiqyaslı su layihələri həyata keçirilə bilər.Amma ilkin olaraq layihənin su sayğaclarının quraşdırılması üzrə gerçəkləşdirilməsi planlaşdırılır ki, bu gerçəkləşdirmənin də əsas zonası paytaxt olacaq" -deyə bankın nümayəndəliyində bildirilib.

CAS çərçivəsində həmçinin "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarının (YQA) gücünün genişləndirilməsi layihəsi həyata keçirilə bilər. "Bu layihə çərçivəsində bank qaz təchizatı obyektlərinin cəhminin genişləndirilməsini və qaz ambarlarının miqyasının artırılmasını maliyyələşdirə bilərdi" -deyə nümayəndəlikdə bildirilib.

Hazırda "Qaradağ" və "Kalmaz" YQA-nın yenidən qurulması layihəsi üzrə TİƏ hazırlanıb.Layihənin 2005-2010-cu illərdə Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı Dövlət proqramı çərçivəsində gerçəkləşdirilməsi planlaşdırılır.İlkin qiymətləndirməyə əsasən, layihənin gerçəkləşdirilməsinə $200 mln.tələb olunur.Layihənin gerçəkləşdirilməsi YQA-nın gücünün 3 mlpd m3-dək artırılmasına imkan verəcək.

AR Nazirlər Kabinetində Trend ə bildirilib ki, Dünya bankı qaz layihəsinin gerçəkləşdirilməsində iştirak etməyə hazırdır.Amma qeyd olunub ki, həmin layihə qazpaylaşdırıcı sistemin reabilitasiyasına yönəldiləcək.Layihənin gerçəkləşdirilməsi yalnız Bakıya deyil, regionlara da aid olmalıdır. "Amma hələlik bu layihələr üzrə bütün müzakirələr yalnız ilkin xarakter daşıyır" -deyə Nazirlər Kabinetində bildirilib.

Xəbər lenti

Xəbər lenti