...

Azərbaycan Maliyyə Nazirliyi hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 20:36 (UTC +04:00)

Oktyabrın 21-də AR Maliyyə Nazirliyi Dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirib.Bakı fond birjasında (BFB) Trend ə bildirilib ki, hərrac Dövlət qısamüddətli istiqrazlarının 10701808S dövlət qeydiyyat nömrəli 18-ci emissiyasının yerləşdirilməsinə yönəldilib.

Hərracda 15 mlrd. manat məbləğində DQİ təqdim edilib. Nominal bir DQİ 1 mln. manat təşkil edir, tədavül müddəti - 126 gün, ödənmə tarixi - 24 fevraldır.

Hərracda biri xarici, daha biri isə fiziki şəxs olan 5 sərmayəçi iştirak edib.Ərizələr 18 214 mln. manat məbləğində 95,7%(13,01%) - 95,91% (12,35%) qiymət intervalında verilib.Maliyyə nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 95,87% (12,47%), orta ölçülü qiymət isə - 95,88% (12,44%) təşkil edir.

Maliyyə nazirliyi ərizələri 8 210 mln. manat məbləğində həll edib.

2005-ci ildə maliyyə Nazirliyi DQİ-nin yekun nominal qiyməti 505 mlrd. manat yaxud ildə qeydiyyata alınmış emissiya prospektinin (400 mlrd. manat + 100 mlrd. manat-150) 77,69%-ni təşkil edən 18 buraxılışını elan edib.Nazirlik 18 buraxılış ərzində 235,509 mlrd. manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti