...

Fransanın Azərbaycanın Gəncə və Naxçıvandakı hava limanlarının təchizatını maliyyələşdirməsi məsələsi 2005-ci ildə həll edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2005 12:52 (UTC +04:00)

Fransa hökuməti Azərbaycanın Gəncə və Naxçıvandakı hava limanlarının təchizatını maliyyələşdirməyə hazır olduğunu bildirib.Azərbaycan hökumətində Trend ə bildirilib ki, Fransa hökuməti Azərbaycanın həmin hava limanlarının naviqasiya avadanlığı ilə təchizatına kredit təqdim etməyə hazır olduğunu qeyd edib.

"Kreditin həcmi və onun ayrılması şərtləri barədə hələlik danışıq olmayıb.Layihənin dəyərinin müəyyən edilməsi üçün AZAL Dövlət konserni bu məqsədlə investisiya smetasını hazırlamalı və təqdim etməldir" -deyə hökumətdə qeyd olunub.

Kreditin ayrılması məsələsi artıq cari ildə həll edilə bilər.Belə ki, Azərbaycan tərəfi məsələdən irəli gələn bütün qərarlarla bağlı müvafiq sənədi 2005-ci ilin dekabrında imzalamağa hazırdır.Belə bir vaxtda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Fransa hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb.

"Hazırda komissiya iclasının gündəliyinin razılaşdırılması aparılır.Gəncə və Naxçıvan hava limanlarının təchizatı layihəsinin maliyyələşdirilməsi məsələsi yəqin ki, Parisdə keçiriləcək həmin tədbir çərçivəsində həll edilə bilər" -deyə hökumətdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti