...

Bakı metropoliteni noyabrdan çip kartlarının istifadəsini tətbiq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2005 13:09 (UTC +04:00)

"Bakı metropoliteni" İB noyabrdan etibarən çip kartlarından istifadəni tətbiq etmək niyyətindədir.Bu barədə Trend ə Bakı metrosu İB-nin baş mühəndisi Elbrus Muradov bildirib.Onun sözlərinə görə, çip kartları jetonlarla birgə həyata keçiriləcək.

Bakı metropolitenində çip kartlarından istifadəyə cari ilin aprel ayından başlanılıb. "Elmlər Akademiyası"metro stansiyasında kartların qəbulu üçün bir eksperimental qurğu quraşdırılıb. Bakı metropoliteni digər stansiyalarda da analoji qurğuları təmir etdirməyi nəzərdə tutur.

Kartların dəyəri metroda bir gediş üçün 250 manat ($0,05) olmaqla $4 təşkil edir.

Metropolitendə çip kartlarının tətbiq edilməsi üzrə pilot layihəyə Azərbaycan Beynəlxalq bankı cəlb edilib. Iisa kartlarını Azərikard şirkəti buraxır.

Avtomatlaşdırma 2007-ci ildə metroda gediş üçün olan jetonlardan istifadə etməmə və metropolitenə dövlət dotasiyalarının real səviyyəsinin aşkar ediləmsi məqsədini daşıyır.

Hazırda metropoliten metroda gündəlik 1 mln.nəfər sərnişin axını artımı proqnozu olmaqla sutkada 500 min nəfər sərnişin daşıyır.

Xəbər lenti

Xəbər lenti