...

Bakı metropoliteni 2005-ci ilin sonunda "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında ikinci xətt açmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 11:28 (UTC +04:00)

"Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında ikinci xəttin cari ilin sonunda istismara verilməsi nəzərdə tutulur. Bakı metropolitenindən Trend ə verilən məlumata görə, hazırda bu sahədə fəal tikinti işləri aparılır.

Metropolitendə bu layihənin həyata keçirilməsinin vacibliyi qənaətindədirlər, belə ki, bu, "Cəfər Cabbarlı" metrostansiyasına əlavə sərnişinlərin cəlb olunmasına imkan verəcək.

Layihənin həyata keçirilməsinə 27 mlrd manat ($5,8mln) sərf olunacaq.

Hazırda Bakı metropoliteni 2 xətdən, 32 vestibülə malik 20 fəaliyyət göstərən stansiyadan ibarətdir. Bundan başqa metropolitendə ümumi uzunluğu 4300 metrdən artıq olan 42 eskalator işləyir.

Tunel qurğularının ümumi uzunluğu 80,96 km-dir. Hər gün metro xidmətlərindən 520 mindən artıq sərnişin istifadə edir. Onların sayı isə hər il 5% artır.

Xəbər lenti

Xəbər lenti