...

Ələt-Astara avtomobil yolunun tikintisinə baharda start veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 12:54 (UTC +04:00)

Dünya Bankı Ələt-Astara avtomobil yolunun tikintisi və rekonstruksiyası üzrə layihənin maliyyələşdirilməsini 2006-cı ilin yanvarında təsdiq etməyi planlaşdırır. Dünya Bankının Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, layihənin ölkəyə yeni yardım Strategiyası (CAS) ilə eyni vaxtda təsdiqlənəcəyi də ehtimal edilir.

Bankın nümayəndəliyindən bildirilib ki, layihənin bu dövrdə təsdiqlənməsi onun reallaşdırılmasına artıq gələn ilin martında başlanılması məqsədilə həyata keçirilir.

Dünya Bankından və Asiya Rekonstruksiya Bankından bu layüihə üzrə alınacaq vəsaitin həcmi $300 milyon və $100 milyon təşkil edir. DB-nın ayırdığı kreditdən tam və ya qismən istifadəsi məsələsi kredit razılaşması layihəsinin imzalanacğı vaxt həll olunacaq. Belə ki, bu layihənin reallaşması gedişində İran hökumətinin 40 milyon dollar həcmində ayırdığı vəsaitdən istifadə olunması nəzərdə tutulub.

Layihəyə görə, Bakı Astara avtomobil yolunun uzunluğu 243 km-dir ki, bu da Bakı ilə Astara arasında yolun 70 km qısaldılmasına imkan verir. Yolun eni 28,2 m təşkil edir.

Xəbər lenti

Xəbər lenti