...

Azərbaycan beynəlxalq konfransın iştirakçılarını yaradılan yeni taxıl növləri barədə məlumatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 15:25 (UTC +04:00)

Azərbaycan mütəxəssisi ICARDA (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən təşkil edilmiş beynəlxalq konfransın iştirakçılarını yeni taxıl növlərinin yaradılması üzrə aparılan işlər barədə məlumatlandırıb.Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend ə bildirilib ki, Dehlidə keçirilən qida paxlalı bitkilərin tədqiqatına həsr olunmuş II beynəlxalq konfransda əkinçilik institutunun paxlalı bitkilər laboratoriyasının direktoru Lütfiyar Əmirov iştirak edib.

Konfransda bu istiqamətdə aparılan tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı, yeni paxlalı və dənli bitkilərin yaradılması, yeni layihələrin gerçəkləşdirilməsi perspektivləri kimi məsələlər müzakirə edilib.

Mərkəzdə qeyd olunub ki, Azərbaycanın təşkilatın gələcək tədbirlərində iştirakı məsələsi cari ilin iyulunda ICARDA-nın Orta Asiya və Cənubi Qafqaz regionları üzrə əlaqələndiricisi Racendra Parodanın səfəri zamanı müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti