...

Tbilisidə keçiriləcək biznes forumda Cənubi Qafqaz ölkələrindəki investisiya mühiti barədə təqdimatlar olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 17:22 (UTC +04:00)

Oktyabrın 27-də Tbilisidə Asiya və Sakit Okean ölkələri Ticarət-Sənaye Palatalarının Konfederasiya Şurasının 7-ci toplantısı çərçivəsində 1-ci Qafqaz-Asiya biznes forumu keçiriləcəkdir. Bu barədə Azərbaycan Ticarət və Sənaye Palatasından Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tədbir 2 gün davam edəcəkdir. Forumda Asiya və Sakit Okean regionunda fəaliyyət göstərən ticarət-sənaye palatalarının və şirkətlərin 100-dək nümayəndəsi iştirak edəcəkdir. Biznes forum çərçivəsində 3 iclas keçiriləcək və bu iclasların hər birində Azərbaycan, Gürcüstan və Ermənistanın investisiya mühiti barədə təqdimatlar olacaqdır. Azərbaycanı tədbirdə Ticarət və Sənaye Palatasının 1-ci vitse-prezidenti Niyaz Əlizadə təmsil edəcəkdir.

Xəbər lenti

Xəbər lenti