...

ARDNF təhsil fondunun yaradılması layihəsini dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 20:51 (UTC +04:00)

Büdcə məxaricinə əlavələrlə Dövlət neft fondu (ARDNF) ölkə üçün böyük əhəmiyyət kəsb edən bir sıra layihələrin maliyyələşdirilməsini planlaşdırır. ARDNF-də Trend ə bildirilib ki, bu barədə Vaşinqtonda ARDNF-nin icraçı direktoru Samir Şərifov bəyan edib.

"Biz gənc azərbaycanlıların ABŞ və Avropada təhsil almasına imkan yarada biləcək təhsil fondunun yaradılmasının əsasının qoyulması məsələsini nəzərdən keçiririk" -deyə o qeyd edib.

S.Şərifovun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac vardır.

"Bəşəri kapitala investisiya vasitəsilə biz bazar iqtisadiyyatına dair bilgilər əldə edəcəyimizə ümid edirik" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti