...

Sığorta pulu və öədəmələri göstəriciləri üzdə bir dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 13:07 (UTC +04:00)

Cari ilin 9 ayı ərzində Azərbaycandakı sığorta şirkətlərinin sığorta pulları346,35 milyard manat təşkil edib. Maliyyə Nazirliyinin Sığorta nəzarəti üzrə Baş İdarəsinin rəisi Bəybala Xankişiyevin Trend ə verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövründəkindən 30,7% çoxdur.

"Bu arada sığorta pulları 2004-cü ilin analojdi dövrü ilə müqayisədə 38,1% artıb və onların ümumi həcmi 60,6 milyard manat təşkil edib", - deyə o qeyd edib.

Sığorta pullarının strukturunda 20,97 milrd. manat məcburi, 325,38 milrd. manat isə könüllü sığortanın payına düşür. "Bu göstəricilərdə artım 19,1% və 31,6%", - B.Xankişiyev bildirib.

Bu zaman sığortanın məcburi növləri üzrə ödəmələr 16,9%, könüllü növləri üzrə isə 50,4% artıb. "Beləliklə, cari ilin 9 ayı ərzində məcburi növlər üzrə ödəmələr 6,65 milrd. manat, könüllülər üzrə 53,95 milrd. manat təşkil edib", - deyə B.Xankişiyev bildirib.

Xəbər lenti

Xəbər lenti