...

Azərbaycan hökuməti erkən uşaqlığın inkişafı layüihəsi üzrə memorandumu öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 13:47 (UTC +04:00)

Azərbaycan hökuməti Azərbaycanda Asiya İnkişaf Bankının maliyyələşdirdiyi erkən uşaqlığın inkişafı layihəsi üzrə qarşılıqlı anlaşma barədə memorandumu nəzərdən keçirməyə başlayıb. Hökumətdən Trend ə verilən məlumata görə, hazırda sənədin İqtisadi İnkişaf, Səhiyyə Nazirliklərinə və sosial sahədə tədbirlər həyata keçirən idarələrə göndərilməsi planlaşdırılır. Daha sonra Nazirlik və idarələrin təklifi razılaşdırılacaq və vahid formada donorlara təqdim ediləcək.

"İndiki halda bu layihənin maliyyələşdirilməsi üçün $18 milyondan artıq vəsait in xərclənməsi inəzərdə tutulub. Layihə treninqlərin keçirilməsi, avadanlığın tədarükü, əhalinin aztəminatlı təbəqəsi üçün uşaq evlərinin yaradılması və s. komponentlərin reallaşdırılmasını nəzərdə tutduğundan onun müsbət səmərəsi ola bilər. Kredit razılaşmasının imzalanması barədə danışmaq hələ tezdir. Lakin onun gələn il baş tutacağı gözlənilir ", -deyə hökumətdən bildirilib.

İlk əvvəl layihənin dəyəri $13,4 milyn. dollar hesablanmışdı. 2005-ci ildə bu məbləğin 10 milyon dollarını Asiya İnkişaf Fondunun şərtlərilə Asiya İnkişaf Bankı, qalan hissəni isə hökumətin ödəməsi planlaşdırılmışdı.

Layihəni Helsinki Consulting Group hazırlayıb.Onun subpodratçısı isə ASPI Consulting Engineers Inc şirkətidir. Layihənin hazırlanması üzrə işlərə Yaponiya Xüsusi Fondunun AİB-na təqdim etdiyi 750 min dollar qrantın hesabına fevralın 1-də başlanılıb və avqustun 8-də tamamlanıb. Qrant razılaşması Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev tərəfindən 2004-cü ilin noyabrında imzalanıb. Layihə Bakıdan kənarda yerləşən 900 məktəbəqədər müəssisənin cəlb edilməsi ilə Azərbaycanın 10 regionunda məktəbəqədər uşaq müəssisələrinin bərpası üzrə işlərin həyata keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti