...

"Yardımdan inkişafa doğru" layihəsi çərçivəsində 220 mikro layihə həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 18:02 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında 2001-ci ildə imzalanmış "Yardımdan inkişafa doğru" layihəsinin icrası başa çatıb. Layihənin icrasını həyata keçirən Məcburi Köçkünlərin Sosial Müdafiə Fondundan (MKSMF) Trend xəbər agentliyinə verilən məlumata görə, 2001-ci ildən indiyədək layihə çərçivəsində ölkədə tikinti-təmir işləri üzrə 220 mikro layihə həyata keçirilib ki, bunlara da 7 milyon dollar vəsait xərclənib. Bu layihələrin həyata keçirilməsindən 175 minə yaxın insan bəhrələnibdir ki, bunların da 92%-i məjburi köçkündür. Məlumatda məjburi köçkünlərin məskunlaşdığı 28 rayon və 4 şəhərdə (Bakı, Gənjə, Sumqayıt və Mingəçevir) həyata keçirilən layihələr çərçivəsində infrastrukturun yaxşılaşdırılması, məktəb, xəstəxana və yataqxanaların təmir olunması və s. işlərin həyata keçirildiyi qeyd olunur. Həmçinin MKSMF tərəfindən layihənin sosial-iqtisadi təsirinin qiymətləndirilməsi hesabatı hazırlanaraq DB-yə təqdim olunub və bank layihənin ijrasını bəyənib.

Xatırladaq ki, layihə çərçivəsində DB tərəfindən Azərbayjana 10 milyon dollar kredit ayrılıb. Layihənin həyata keçirilməsində əsas məqsəd isə ən zəif müdafiə olunan məjburi köçkün qruplarının yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bu il oktyabrın əvvəlində başa çatmış layihə çərçivəsində indiyədək mikrokredit layihələri də daxil olmaqla ümumilikdə 9,1 milyon dollar vəsait xərclənib. Noyabrın ortalarında isə DB-nin vəsaiti hesabına yeni layihənin icrasına başlanacaq. Dəyəri 11,5 milyon dollar olan və icrası 2008-ji ildə başa çatacaq. "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" layihəsi çərçivəsində ölkədə məcburi köçkünlərin sosial şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması, bununla bağlı mikro kreditlərin verilməsi və 200-ə yaxın mikro layihənin həyata keçirilməsi nəzərdə tutulur. Digər layihələrdə olduğu kimi DB bu layihə çərçivəsində də krediti ilk 10 ili ödənişsiz olmaqla 35 il müddətinə və illik 0,75%-lə ayırıb.

Xəbər lenti

Xəbər lenti