...

Azərbaycanın Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazların qalıqlarının yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 11:05 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərraca 10601208S dövlət qeydiyyat nömrəli Dövlət Qısamüddətli İstiqrazların qalıqları çıxarılıb.

Hərracın 2 iştirakçısı tərəfindən verilmiş ərizələrin həcmi 11367 000 000 manat (2 273 400 denominiasiya edilmiş manat) təşkil edib. Ərizələr 97,23%-dən (gəlirlilik - illik 12,52%) 97,26%-ə (gəlirlilik - 12.38%) qədər olan qiymət diapazonunda verilib. Kəsilmə xətti 97,23% (gəlirlilik - 12.52%) müəyyən edilib. Hərracın yekunları üzrə orta qiymət 97,23% təşkil edib (gəllirlilik - 12,52%).

İstiqrazlar 2006-cı il yanvarın 16-na kimi ödənilməlidir.

İlk dəfə istiqrazlar Maliyyə Nazirliyi tərəfindən aprelin əvvəlində DQİ-nin 11 emissiyası çərçivəsində yerləşdirilib. Emissiyanın həcmi 20 mlrd manat həcmində olacaq, dövriyyə müddəti 123 gündür, ödənilmə tarixi isə 2006-cı il yanvarın 16-na təyin olunub.

Beləliklə, 2005-ci ildə MN nominal dəyəri 505 mlrd manat olan (qeydiyyata alınmış emissiya prospektinin 77,69%-i - 400 mlrd manat +100 mlrd manat-150) 18 DQİ buraxılışı elan edib. Bu buraxılışlardan isə 246,876 mlrd manat cəlb olunub.

Xəbər lenti

Xəbər lenti