...

İCARDA əlaqələndiricisinin Bakıya səfəri başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 12:57 (UTC +04:00)

Oktyabrın 26-da ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas) əlaqələndiricisi Mədinə Musayevanın Bakıya səfəri başa çatır. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, səfər Qafqazda və Orta Asiyada kənd təsərrüfatının sabit inkişafı üzrə 1995-ci ildə hazırlanmış əməkdaşlıq proqramı çərçivəsində baş tutub.

Səfər çərçivəsində oktyabrın 25-də Tərtərdə 20 fermerin işitrak etdiyi tarla günü keçirilib. Burada ilk dəfə olaraq fermerlərə taxılın yeni əkilmə üsulu nümayiş etdirilib. Mərkəz nümayəndələrinin fikrincə, bu üsulla istifadə olunan toxumların 50%-nə qənaət etmək olar.

Oktyabrın 26-da M.Musayeva elmi-aqrar mərkəzin direktoru və eyni zamanda İCARDA-nın Azərbayandakı əlaqələndiricisi Əsəd Masayevlə, həmçinin, layihənin Azərbaycan üzrə icraçısı, Əkinçilik institunun mütəxəssisi İmran Cümşüdovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti