...

Dünya bankı "2006-cı ilin inkişaf ideyaları bazarı" müsabiqəsinin şərtlərini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 17:00 (UTC +04:00)

Oktyabrın 26-da Dünya bankı Azərbaycanda "2006-cı ilin inkişaf ideyaları bazarı" müsabiqəsini təqdim edib.Bu müsabiqə "Əhalinin yoxsul təbəqəsi üçün su təchizatı, suayrıcı və enerjiyə qənaət üzrə xidmətlərin təqdim edilməsində innovasiya" mövzusunda keçiriləcək. Trend bildirir ki, Dünya bankının Bakı nümayəndəliyinin əməkdaşı Səbinə Cəfərovanın sözlərinə görə, müsabiqədə iştirak etmək üçün ərizələr 3 oktyabrdan 30 noyabradək davam edəcək.

"Ərizələrə baxılması noyabrın 30-dan fevralın 14-dək aparılacaq, bazar isə 2006-cı ilin may ayının 8-9da Vaşinqtonda keçiriləcək və orada bütün dünyadan 100 finalçı iştirak edəcək. Müsabiqədə QHT, ictimai təşkilatlar, özəl sektor, bələdiyyələr iştirak edə bilər. 2 ilədək müddətə layihələrə qrantın həcmi $200 minədək təşkil edəcək. 2005-ci ildə Azərbaycan təşkilatı seçimin qaliblərindən biri olub" -deyə S.Cəfərova qeyd edib.

2005-ci ildə finala 2 yerli təşkilat çıxıb.Amma yalnız ekoloji problemlərin araşdırılması Mərkəzi bankdan $120 min qrant alıb. Mərkəzin prezidenti Kamran Mahmudov bildirib ki, layihənin ümumi dəyəri $140 min təşkil edirdi, $120 min Dünya bankından, $20 min isə maliyyələşdirmə olaraq alınıb. "Layihə meyvə, tərəvəz və s. daşınması üçün taraların hazırlanmasında meşələrin kəsilməsi, eləcə də plastik şüşələrdən və alüminium tozundan istifadə problemlərinin həllinə yönəldilib. Qrant alüminium tozundan doldurulmaqla plastmassdan sökülən qutuların istehsalına başlanılmasına imkan yaratdı.Qutuların dəyəri (15-20 min manat) qanuni istehsal edilən taxta taralarla birgə rəqabətə davamlıdır.Hələlik gündə 500-dək qutu istehsal olunur.Ölkənin bu taraya tələbatı 1 mln. qutu səviyyəsindədir.İki il ərzində istehsal həcmi artırılacaq"-deyə K.Mahmudov bildirib. Qutu istehsalında 1 kq. polimer və 0,3 kq. tozdan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti