Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın "Azərdəmiryolbank" kommersiya bankının aksiyalar əldə etməsi ilə bağlı məsələyə baxacaq. Trend in xəbər verdiyi kimi, bankın rəsmi məlumatına əsasən, bu məsələ noyabrın 15-də müzakirəyə çıxarılacaq.
Layihənin dəyəri $2,5 milyondur. AYİB-in məlumatına əsasən, "Azərdəmiryolbank" 2004-cü il ərzində auditlərin nəticələrinə görə $29 mln məbləğində aktivlərə və $5,7 mln məbləğində kapitala malik olub.
Layihənin həyata keçirilməsi nəticəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə Avropa Birliyinin TACİS proqramı tərəfindən texniki yardımın göstərilməsi də nəzərdə tutulub.