...

Rusiya hökuməti KASPAR-ın 5 gəmisinə Volqa-Don kanalından keçmək üçün icazə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 17:08 (UTC +04:00)

Rusiya hökuməti Azərbaycan Dövlət Xəzər dəniz gəmiçiliyi idarəsinin (KASPAR) 5 gəmisinə RF daxili su marşrutlarından - Volqa-Don kanalından keçmək üçün icazə verib.Bu barədə Trend ə KASPAR-ın mətbuat katibi Vüqar Sadıqov bildirib.

Onun sözlərinə görə, hazırda gəmiçilik RF baş naziri Mixayıl Fradkovun imzaladığı rəsmi icazəni almayıb. "Amma KASPAR-ın Moskvadakı nümayəndəliyində belə bir sərəncamın surəti vardır.Sərəncama əsasən, "Qəzənfər Musabəyov", "Maestro Niyazi", "Natəvan", "Rəsul Rza" gəmiləri Xəzərdən Azov dənizinə olan kanal ilə, "Şair Vidadi" gəmisi isə geri istiqamətdə keçəcək.Gəmilərin keçməsi naviqasiya bitənədək həyata keçiriləcək" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti