...

Respublika Bankı və Sumitomo Mitsui Banking Corporation Europe Limited ticarət maliyələşdirməsi proqramının perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 14:15 (UTC +04:00)

Respublika Bankının rəhbərliyi Sumitomi Miüui (Sumitomo Mitsui Banking Corporation Europe Limited) Bank korporasiyasının Avropa şöbəsinin nümayəndələri ilə görüş keçirib. Trend bildirir ki, bu barədə bankın oktyabrın 27-də yayılmış press-relizində deyilir.

Beynəlxalq maliyyə departamentinin ticarət maliyyələşdirməsi üzrə mütəxəssisi Vakana Naqaya, eləcə də qlobal ticarət və beynəlxalq maliyyələşdirmə Departamenti baş direktorunun köməkçisi Kasuo Yoşimura ticarət maliyyələşdirməsi sahəsində əməkdaşlıq imkanlarını Respublika Bankının nümayəndələri ilə müzakirə edib.

Görüşdə informasiya mübadiləsi və ticarət maliyyələşdirməsi üzrə perspektivli proqramlar çərçivəsində kooperativləşdirmə sahəsində dialoqun davam etdirilməsi barədə razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti