...

Azərbaycanın Dəmiryol İdarəsi nəql edilən yüklərin faktiki çəkisini elan edilmiş çəki ilə tutuşduraraq yoxlamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 15:37 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmiryol İdarəsi "Yalama" stansiyasında (Rusiya ilə sərhəd) nəql edilən yüklərin çəkisini vergi sənədlərində göstərilmiş çəki ilə tutuşduraraq yoxlamaq niyyətindədir. Bu barədə Trend ə ADDİ-dən məlumat verilib.

Hazırda stansiyada müvafiq ölçü avadanlıqları quraşdırılır. Tezliklə qurğunun istismara verilməsi nəzərdə tutulub. Qurğu daşınan yüklərin dəqiq həcmini müəyyən etməyə imkan verəcək. "Əgər yükün həcmi vergi sənədlərindəki göstəriciyə uyğun gəlməsə, cərimə sanksiyaları tətbiq olunacaq", - deyə nazirlikdə bildirilib.

ADDİ 2005-ci ilin yanvar-sentyabr aylarında 13,4 ml ton müxtəlif yük nəql edib ki, bu da proqnoz göstəricisindən 15,6% çoxdur. 9 ay ərzində dəmiryolu ilə 9,9 mln ton nefıt və neft məhsulları daşınıb.

Xəbər lenti

Xəbər lenti