...

Ödəmə kartları vasitəsilə 75% gömrük ödəmələrinin həyata keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 16:41 (UTC +04:00)

Gömrük məntəqələrində POS-terminalların əhatəsi genişləndirilir. AzəriCard şirkətinin rəhbəri Elmar Sadıqov Trend ə bildirib ki, oktyabrın 26-dan etibarən Sumqayıtdakı gömrük məntəqəsində POS-terminal fəaliyyət göstərir, yaxın vaxtlarda isə Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında daha bir POS-terminal fəaliyyətə başlayacaq.

"Hazırda mərkəzi gömrükdə və Sulu Təpə gömrük məntəqəsində POS-terminallar quraşdırılıb" -deyə o qeyd edib.

Onun sözlərinə görə, DGK-nə daxilolmaların ümumi həcmi ayda 200 mlrd. manat təşkil edir. "Artıq bu gün gömrük ödəmələrinin kartlar üzrə həcmi on milyonlarla manat təşkil edir.Gömrük komitəsinin rəhbərliyi və bizim tərəfimizdən gömrük ödəmələrinin kartlar vasitəsilə bütün ödəmələrin 75%-dək, yəni 150 mlrd.manatadək aprtırılması plankı müəyyən edilib.Daha 50 mlrd. manat ödəmələr köçürmə yolu ilə həyata keçiriləcək" -deyə o qeyd edib.

Gömrük ödəmələrinin kartlar vasitəsilə ödənməsinə keçid "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan prezidentinin fərmanına müvafiq olaraq həyata keçirilir.Doqquzuncu bənddə ölkə prezidenti AR DGK-nə gömrük proseduralarının sadələşdirilməsi yolu ilə idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi və gömrük tərtibatında avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq edilməsi, gömrük ödəmələrinin ödəmə kartları vasitəsilə alınması, broker institutunun tətbiqi və ildə iki dəfə bu sahədə görülmüş işlər barədə prezidenti məlumatlandırmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti