...

Azərbaycanın gömrük orqanları tərəfindən qaçaqmalçılığın qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 16:41 (UTC +04:00)

Azərbaycanın gömrük orqanları tərəfindən Sumqayıt şəhəri yaxınlığında qaçaqmalçıların müxtəlif vaxtlarda ölkəyə gətirdikləri tütün məmulatları, spirtli içkilər, dərman preparatları və digər məhsullar məhv edilib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin press-relizində bildirilir.

299260 qutu müxtəlif adlı tütün məmulatları Hava Nəqliyyatı Baş Gömrük İdarəsi və Xaçmaz, Balakən, Sumqayıt, Tovuz, Astara və Əli-Bayramlının gömrük idarələri tərəfindən müsadirə edilib.

Səhiyyə Nazirliyi Bakı Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən, 281074 qutu tütün məmulatı kimyəvi və fiziki göstəricilər üzrə standartlara cavab verməyib. Onların məhv edilməsi üçün Bakı şəhərinin baş dövlət sanitar həkimi qərar verib. LD ticarət markalı tütün məhsullarının tərkibində radiasiya və zəhərli maddələrin olması ilə əlaqədar onların ölkəyə gətirilməsi və satışı Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyi tərəfindən qadağan edilir.

Xəbər lenti

Xəbər lenti