...

Noyabrın sonunadək Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin əlaqələndirmə şurasında Azərbaycanın üzvlüyünə dair məsələ həll ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2005 17:25 (UTC +04:00)

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin əlaqələndirmə şurasında Azərbaycanın üzvlüyü məsələsi Dehlidə müzakirə edilib. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir yolu (ADDY) idarəsində bildirilib. "Noyabrın sonunadək layihənin əlaqələndirmə şurası Azərbaycanın üzvlüyünə dair məsələni həll edcəcək.Hazırda bu məsələyə baxılır" -deyə ADDY-də bildirilib.

İşçi qrupunun Tehranda keçirilən son iclasında həmin layihənin gerçəkləşdirilməsi çərçivəsində konsorsium yaradılıb.Kosorsiumun baş ofisi Moskvada, filialları isə Bakı və Tehranda yerləşəcək. Konsorsiuma Azərbaycan, İran və Rusiya daxildir. ADDY-nin payına $60 mln.düşür.

Azərbaycan ərazisində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu magistralının yeni 8,3 km sahəsi tikilməlidir.Layihəyə həm də Astaraçay üzərindən 101 metr uzunluqda körpünün çəkilməsi daxildir.Bu, hər tərəfə 50% olmaqla Azərbaycan və İranın hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti