...

Almaniya İqtisadi Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 16:31 (UTC +04:00)

Almaniyanın Şərq üzrə İqtisadi Komissiyasının nümayəndə heyəti Bakıya gələcək. Azərbaycan-Almaniya İqtisadi Yardım Birliyinin icraçı direktoru Elnurə Qurbanovanın Trend ə verdiyi məlumata görə, səfər cari ilin noyabr ayına planlaşdırılıb.

"Səfərin gedişində komissiyanın nümayəndələri Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirəcək ", - deyə o qeyd edib.

Azərbaycan hökumətindən Trend ə verilnə məlumata görə, komissiyanın nümayəndələrinin səfəri noyabrın 23-24 -də baş tutacaq və o 4 ölkənin-Azərbaycan, Qazaxıstan, Türkmənistan və Azərbaycana səfər çərçivəsində həyata keçirilir.

"Səfərdə məqsəd Azərbaycanla Almanyia arasında biznes sahəsində əlaqələrin genişləndirilməsini fəallaşdırmaqdan ibarətdir. Komissiyanın nümayəndələri, həmçinin, nazirlər, baş nazir və prezidentlə görüşlər keçirməyi planlaşdırır".

Cari ilin 9 ayı ərzində Azərbaycanla Almaniya arasında mal dövriyyəsi $169614,8 min dollar, idxal - $158 852,2 min, eksport - isə $10762,6 min təşkil edib. Bu zamana Azərbaycan hökumətində belə hesab edirlər kienüial razvitimal dövriyyəsinin inkişaf potensialı daha zəngindir. Bundan əvvəl iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov qeyd edib ki, gələcək 2 ildə ölkələr arasında mal dlövriyyəsi minimum 50% artaccaq.

Xəbər lenti

Xəbər lenti